Yuxarı

Buxarestdə Heydər Əliyevə həsr olunan tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycanın Rumıniyadakı Səfirliyi tərəfindən Ulu Öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən büstünün qarşısında tədbir təşkil olunmuş, abidənin önünə əklillər və tər çiçəklər qoyulub.

Azərbaycanın Rumıniyadakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Tədbirdə çıxış edən səfir Q.Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmiş, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışmışdır. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Mərasimdə Rumıniya Xarici İşlər Nazirliyinin Şərq Qonşuluğu üzrə Baş İdarəsinin direktoru Dan Yanku, Rumıniya Parlamentinin Senatının üzvü, Senatın Media və Mədəniyyət Komitəsinin sədri Kristian-Auqustin Nikulesku-Tsıqırlaş, Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Moldova Respublikasının Rumıniyadakı səfiri Viktor Kirila və digərləri çıxış etmiş, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət vermişlər.

Tədbir əsnasında abidənin ətrafında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş fotosərgi, eləcə də iştirakçılar üçün açıq havada çay süfrəsi təşkil olunmuşdur.

Tədbirdə Türkiyənin Rumıniyadakı Səfirliyinin, “SOCAR Petroleum SA” şirkətinin, “Yunus Emre” İnstitutunun Buxarest ofisinin rəhbərliyi və əməkdaşları, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Tarix
2025.05.12 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü

Tramp məqsədinə çatdı: ABŞ 130 milyard dollar qazanacaq...

PKK-nın özünü ləğvetmə qərarının şifrələri: nələr olacaq?

İlham Əliyev bu ölkə ilə sazişi təsdiqlədi

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla