Yuxarı

İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov özünə həsr olunan sənədli film çəkdirib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, belə bir iddia sosial şəbəkədə paylaşılıb.

Məsələ ilə bağlı videoda yer alan, icra başçısının birinci müavini Qalib Xudaverdiyev sənədli film iddiasını tamamilə əsassız adlandırıb.

"Heç bir sənədli film çəkilməyib. İki il əvvəl çəkilən ad günü təbrikidir. Daxili, qısa bir təbrik videosudur. İndi kiminsə əlinə keçib, götürüb belə paylaşıb şantaj edirlər. Onu kimin paylaşdığını da bilirik, qərəzçi, öz maraqları üçün hamını şantaj edən adamdır - Asəf İsmayılov adında bir şəxsdir. Vaxtilə bələdiyyə sədri işləyib, müəyyən neqativ hallara yol verdiyinə görə sonra işdən uzaqlaşdırılıb. İndi də belə qərəzlə məşğuldur. Bu video da necəsə əlinə keçib. Dəqiq bilmirəm, ola bilər ki, kimsə öz profilində paylaşıb, o da götürüb belə istifadə edir.

Burada qeyri-adi nə var ki? Adam öz tanıdığı biri ilə bağlı öz şəxsi fikirlərini deyib. Burada qəbahətlik nəsə bir şey yoxdur. Təkrar edirəm, heç bir filmdən söhbət getmir. Hansı icra başçısı özünə film çəkdirir ki? Sadəcə daxili, bir neçə nəfərin səsləndirdiyi bir təbrik olub", - deyə Q.Xudaverdiyev bildirib.

Tarix
2025.05.12 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü

Tramp məqsədinə çatdı: ABŞ 130 milyard dollar qazanacaq...

PKK-nın özünü ləğvetmə qərarının şifrələri: nələr olacaq?

İlham Əliyev bu ölkə ilə sazişi təsdiqlədi

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla