Yuxarı

"E-hökumət"də ən çox müraciət olunan sahələr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"E-hökumət"də ən çox müraciət olunan sahələr

May ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə xidmətlərə ən çox müraciət edilən sahələrin statistik göstəriciləri açıqlanıb.

Bu barədə Axar.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

Sıralama belədir:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 691 299

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 607 587

3. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - 461 296

4. Dövlət Gömrük Komitəsi - 48 821

5. Elektron Arayışlar - 14 167

Qəbul imtahanlarına start verildiyi bir vaxtda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınin xidmətləri müraciət sayına görə liderdir və təkcə may ayı ərzində qurumun təqdim etdiyi "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu" elektron xidmətinə 337 405 dəfə müraciət olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlər sosial yönümlü xidmətlər olduğu üçün vətəndaşlar arasında aktualdır. Qeyd edək ki, may ayı ərzində "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi"elektron xidmətinə 220 665 dəfə müraciət olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən olan "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidmətinə may ayı ərzində 231 576 dəfə müraciət edilib. Bu xidmət vasitəsilə vətəndaşlar zəng edəcəkləri nömrənin başqa bir mobil operator şəbəkəsinə daşınıb-daşınmaması barədə məlumat əldə edə bilirlər.

Dövlət Gömrük Komitəsinin təqdim etdiyi "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu" elektron xidmətinə isə 36 824 dəfə müraciət olunub.

Artıq 2 ildir portal üzərindən təqdim edilən elektron arayışlar fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək quruma ötürməyə icazə verir. Qeyd edək ki, təkcə may ayında "Elektron hökumət" portalının təqdim etdiyi elektron arayışlara 14 167 dəfə müraciət olunub.

Tarix
2016.06.12 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla