Yuxarı

Sürücülər üçün təhlükə: Cavabdeh kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülər üçün təhlükə: Cavabdeh kimdir?

Sosial şəbəkələrdə Nərimanov rayonu ərazisində avtomobil yolunda sürücülər üçün təhlükə törədən açıq, lüksüz kanalizasiya girişlərinin fotoları yayılıb.

Qeyd olunur ki, sürücülər qəfil yaxalandıqları bu açıq lüklərdən qaçarkən qəza vəziyyəti yaratmış olurlar, qaça bilmədikdə isə avtomobilin zədələnməsi və ya sərnişinin xəsarət alması təhlükəsi ilə üz-üzə qalırlar.

Məsələ ilə bağlı Azərsu ASC-dən Axar.az-a bildirdilər ki, düzbucaqlı kanalizasiya girişi onlara məxsus deyil:

"Azərsu ASC yalnız dairəvi kanalizasiya girişlərinə cavabdehdir. Nərimanov rayonu ərazisində yerləşən düzbucaqlı kanalizasiya girişi "Ultel" internet şirkətinə məxsusdur".

"Ultel" şirkətindən isə saytımıza bildirildi ki, hazırda rəhbərlik işdə olmadığı üçün rəsmi cavab verə bilməzlər.

Tarix
2016.06.13 / 13:32
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla