Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə
"Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və
prioritetlər" mövzusunda konfrans keçirilib.
Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki,
konfransda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən
müəssisə, dövlət orqanları və ticarət palatalarının 250-dən çox
nümayəndəsi iştirak edib.
Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu
rezidentlər tərəfindən sənaye parkına 1,1 milyard dollardan çox
investisiyanın yatırılması və 2200 iş yerinin yaradılması
gözlənilir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının növbəti - 9-cu
rezidentinin qeydiyyata alınması üçün işlər görülür. Neftçala
Sənaye Məhəlləsində hazırda son tamamlama işləri aparılır və yaxın
vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Sahibkarlar
tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17
layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20
milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri
açılacaq. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində
tədbirlər həyata keçirilir və ilkin hesabalamalara əsasən, buraya
100 milyon dollardan çox investisiyanın yatırılması və 2 min iş
yerinin açılması nəzərdə tutulur.
Nazir təqdim olunan 15 layihənin icrası nəticəsində yerli
istehsala 160 milyon manatdan çox investisiya yatırılacağını,
1400-ə yaxın yeni iş yerinin yaradılacağını diqqətə çatdırıb və
bildirib ki, bu sənədi alanlar üçün bir sıra güzəştlər nəzərdə
tutulur.
Tədbirin sonunda Ş.Mustafayev bir qrup şirkət nümayəndəsinə
investisiya təşviqi sənədlərini, eləcə də Sumqayıt Kimya Sənaye
Parkının yeni rezidenti Aqrokimya Azərbaycan MMC-yə qeydiyyat
şəhadətnaməsini təqdim edib.