Yuxarı

Almaniyada Xocalı soyqırımı ilə bağlı yürüş-mitinqi keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada Xocalı soyqırımı ilə bağlı yürüş-mitinqi keçirildi - Foto

Azərbaycanın diaspor təşkilatları fevralın 22-də Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda - Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbir iki saat davam edib.

Azərbaycan diasporunun fəal üzvlərindən olan Yeganə Məmmədzadə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı haqqında alman dilində məlumat verib.

Sonra Azərbaycan və türk icmalarının nümayəndələri çıxış edərək Avropanı XX əsrin ən dəhşətli qətliamlarından birinə – Xocalı soyqırımına, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa çağırıblar.

Mitinqdə şəhər sakinlərinə Xocalı faciəsinin əks etdirən foto və məlumatlar olan broşürlər paylanmış, onlara soyqırımı haqqında məlumatlar verilib.

Daha sonra aksiya yürüşlə davam edib. Əllərində qətliam qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları və plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri ilə yürüş edərək "Xocalıya ədalət!", "Qarabağa azadlıq!" "Avropa, Qarabağın işğalına susma!" kimi şüarlar səsləndiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Odlar Yurdu" Azərbaycan-Alman Dostluq Mədəniyyət Cəmiyyəti və Azərbaycan diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı ilə keçirilən aksiyaya digər türkdilli xalqların təmsilçiləri də qatılaraq soydaşlarımıza dəstək veriblər. Onların arasında Balkan Türkləri Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası, Türk Günü Dərnəyi, Türk Ocakları, Türk Vəlilər Dərnəyinin fəal üzvləri və s. olublar. (AzərTac)

Tarix
2014.02.23 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla