Yuxarı

Yol polisi bu avtomobilləri saxlamayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi bu avtomobilləri saxlamayacaq

Daxili İşlər Nazirliyi "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat"da dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Təlimat Dövlət Yol Polisi (DYP) tərəfindən mexaniki nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət fəaliyyətini tənzimləyir.

Dəyişikliyə əsasən, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməliyyat avtomobilləri texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayacaq.

Qeyd edək ki, bu Təlimata əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat avtomobilləri də texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayıb.

MTN ləğv edilərək, bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Tarix
2016.06.14 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla