Yuxarı

Bakıda sənədi tapılan erməninin atası danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sənədi tapılan erməninin atası danışdı

Bu gün Bakıda tapılan sürücülük vəsiqəsinin aprelin əvvəlində Qarabağda ölmüş polkovnik-leytenant Aleksan Arakelyana məxsus olduğu təsdiqlənib.

ANS-in məlumatına görə, bu barədə polkovnik-leytenantın atası Qevorq Arakelyan "Nyus.am" portalına danışıb.

Qevorq Arakelyan erməni mətbuatına sənədin aprel döyüşlərində həlak olan oğlu Aleksan Arakelyana məxsus olduğunu bildirib. "Bütün məlumatlar uyğun gəlir. Sürücülük vəsiqəsindən başqa azərbaycanlılar həmçinin bütün sənədlərini, saatını, pulunu, mənim Alikimin maşınının açarlarını götürüblər", - deyə Qevorq Arakelyanı bildirib.

Ermənistan vətəndaşına məxsus sənəd Bakının Sabunçu rayonunda tapılıb. Sənəd Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanının qarşısında, orada yaşayan sakin tərəfindən tapılıb və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verilib.

Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. Sürücülük vəsiqəsi "RG 052597" nömrəli BC kateqoriyalıdır.

Ermənistan vətəndaşına məxsus sənədin tapılması faktı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən təsdiqlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə hazırda araşdırmalar aparılır.

Tarix
2016.06.14 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla