Yuxarı

Səs-küylü işlərə baxan hakimlər VK-yə üzv oldular - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səs-küylü işlərə baxan hakimlər VK-yə üzv oldular - Foto

Uzun illər məhkəmələrdə hakim işləmiş Vaqif Mursaqulov və Rafiq Abbasov Vəkillər Kollegiyasına üzv seçilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, onlar and içərək rəsmi olaraq vəkil fəaliyyətinə başlayıblar.

Qeyd edək ki, Vaqif Ənvər oğlu Mursaqulov 2008-ci ilə qədər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi olub. O, həmin il Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunub və sonradan yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Bakı Hərbi Məhkəməsinin bir müddət əvvəl təqaüdə göndərilən hakimi Rafiq Abbasov da Vəkillər Kollegiyasına üzv seçilib.

Xatırladaq ki, hər iki hüquqşünas hakim işlədikləri uzun illər ərzində bir çox səs-küylü işlərə baxıblar. V.Mursaqulov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onunla birlikdə mühakimə olunan şəxslərə hökm oxuyan hakimlər heyətinin üzvü olub.

R.Abbasov isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi general-mayor Mövlam Şıxəliyev, həmin qurumun Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov, Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti işi üzrə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər zabitlərin işində, ləğv olunan MTN-nin keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun barəsində olan cinayət işləri üzrə araşdırma aparan hakimlər heyətində iştirak edib.

O, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin barəsində olan cinayət işi üzrə hökm oxuyan hakimlər heyətinin üzvü olub.

Tarix
2025.05.23 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Moskvadan hansı addımları gözləyir? - Ekspert

Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü... - Ekspert

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla