Yuxarı

Əliabad kəndinə ilk dəfə qaz verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliabad kəndinə ilk dəfə qaz verildi

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq iyunun 16-da Cəlilabad rayonunun Əliabad kəndinə ilk dəfə təbii qaz verilib.

Axar.az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Qeyd olunub ki, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Cəlilabadda da geniş quruculuq-abadlıq işləri, sosial layihələr həyata keçirilir. Hazırda Azərbaycan Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən 20 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda asfaltlaşdırma işləri sürətlə davam etdirilir, Cəlilabad şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi yenidən qurulur. Həmçinin rayonda yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir, yaşayış məntəqələri qazlaşdırılır.

Kənd sakinləri onların yaşayış səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tarix
2016.06.16 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla