Yuxarı

37 yaşlı kişini öldürən gənc saxlanıldı - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
37 yaşlı kişini öldürən gənc saxlanıldı - Təfərrüat

09:13

Cəlilabad sakini, 1988-ci il təvəllüdlü Bəhruz Ədalət oğlu Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

B.Hüseynov ürəyindən bıçaq xəsarəti alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

***

Mayın 29-da axşam saatlarında Cəlilabad şəhərinin Səttərxan küçəsində ağır cinayət hadisəsi baş verib.

Teleqraf-ın məlumatına görə, 36 yaşlı Bəhruz Ədalət oğlu Hüseynov yaşadığı evdə hücuma məruz qalıb.

Ailəsindən bildirildiyinə görə, Bəhruz Hüseynov işdən evə döndükdən sonra hamam tərəfdən səs eşidib. Evdə bacısı qızının da olması səbəbindən hər hansı narahatlıq hiss etməyən Bəhruz qapını açanda içəridə yad bir şəxsi – Göytəpə şəhər sakini 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.

Gözlənilməz qarşılaşma mübahisəyə çevrilib, Orxan Əkbərov üzərində gəzdirdiyi bıçaqla ev sahibinin sinə nahiyəsinə zərbə endirib.

Mərhumun həyat yoldaşı müdaxilə edərək ikinci zərbənin qarşısını alıb. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyləri nəticə verməyib və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən 18 yaşlı Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ əməliyyat nəticəsində o saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Məlumat üçün bildirək ki, Bəhruz Hüseynov avtomobil təmiri sahəsində çalışırdı. Ailəliydi, iki övlad atası idi.

Tarix
2025.05.30 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla