Yuxarı

“Bakcell” YAŞAT Fondunun layihəsinə qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakcell” YAŞAT Fondunun layihəsinə qoşuldu

"Bakcell" Azərbaycanın milli qüruru - şəhid övladlarını 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. “YAŞAT” Fondunun təşəbbüsü ilə həyata keçirilən ölkəmiqyaslı "Hədiyyə Karvanı” sosial layihəsi çərçivəsində “Bakcell” Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş qəhrəmanların övladlarını xüsusi diqqət və qayğı ilə sevindirib. "Hədiyyə Karvanı" layihəsi ölkəmizin bütün regionlarından 1700-dək uşağı əhatə edir. Bu təşəbbüs “Bakcell”in dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir.

"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell”, “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

“Bakcell” Azərbaycanda, həmçinin Qarabağ bölgəsində gələcək nəsillərin rifahı və inkişafı üçün sosial məsuliyyət fəaliyyətlərini daima diqqət mərkəzində saxlayır.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2025.05.31 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Baş konsulumuz 200 min dollar mənimsəyib?

Litva XİN Azərbaycanı təbrik etdi - Foto

Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla