Yuxarı

Minaya düşən şəxsin oğlu hadisədən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minaya düşən şəxsin oğlu hadisədən danışdı

Goranboy rayonunda minaya düşərək xəsarət alan Qalib Abbasovun oğlu Qabil Abbasov atasının hansı şəraitdə minaya düşməsindən danışıb.

Axar.az xəbər verir ki, Q.Abbasov Teleqraf-a açıqlamasında hadisənin atasının itmiş mal-qaranın arxasınca gedən zaman baş verdiyini bildirib.

"Heyvanımız itmişdi. Atam itən heyvanın arxasınca gedəndə minaya düşüb. Sol ayaq hissəsində mina partlayıb. Səsə yaxınlıqda olan kənd camaatı gəlib və atamı ərazidən çıxarıb xəstəxnaya çatdırıblar. Oradan da Gəncəyə Abbas Səhət Xəstəxanasına gətiriblər. Hər il yaz aylarında həmin ərazilərdə bənzər hadisələr olur. İnsan və ya mal-qara minaya düşür", - deyə Qabil Abbasov qeyd edib.

Qeyd edək ki, Qalib Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə - Goranboy rayonunun Yenikənd kəndində minaya düşüb.

Tarix
2025.05.31 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla