Yuxarı

Kaliforniyada soydaşlarımız avtoyürüş keçirdi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kaliforniyada soydaşlarımız avtoyürüş keçirdi

ABŞ-nin Kaliforniya ştatının Bay Area ərazisində yaşayan azərbaycanlılar 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunan tədbirdə bir araya gəliblər. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə əvvəlcə avtomobillərin yürüşü, sonra şəbəkələşmə tədbiri keçirilib.

Günün ilk yarısı Azərbaycan bayraqları ilə bəzədilən avtomobil karvanı Kupertino və San Xose şəhərlərindən keçərək San Fransiskoya doğru hərəkət edib. Karvan yüzlərlə yerli sakinin marağına səbəb olub.

Yürüşdən sonra Azərbaycan icmasının iştirakı ilə şəbəkələşmə tədbiri baş tutub.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin Əməliyyatlar və tədbirlər üzrə katibi Nurlan Şükürlü bu cür tədbirlərin yeni gələn icma üzvləri ilə uzun müddət ABŞ-də yaşayan azərbaycanlılar arasında mühüm körpü rolu oynadığını qeyd edib. O belə təşəbbüslərin ABŞ-də doğulan azərbaycanlı uşaqların öz köklərini unutmaması, milli kimliklərinə sahib çıxması və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbir iştirakçılarına Azərbaycanın ləziz təamları təqdim olunub. Uşaqlar isə müxtəlif əyləncəli oyunlarla xoş vaxt keçiriblər. Soydaşımız müğənni Günay Sənanın və “Sound of Fire” (“Alov səsi”) nağara qrupunun ifasında səsləndirilən musiqilər böyük coşğu ilə qarşılanıb.

Tarix
2025.06.02 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla