Yuxarı

30 uşağa sümük iliyi köçürüldü - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 uşağa sümük iliyi köçürüldü - Nazir

Hazırda Respublika Talassemiya Mərkəzində 20 minə yaxın uşaq dövlət hesabına müalicə alır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən kollegiya iclasında deyib.

O. Şirəliyev bildirib ki, artıq 30 uşaqda sümük iliyi transplantasiyası əməliyyatları icra olunub.

Nazir vurğulayıb ki, səhiyyə sahəsində həyata keçirilən bütün dövlət proqramları artıq öz bəhrəsini verir. Dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır: " Ana və uşaq sağlamlığı ilə bağlı diridoğulmanın yeni meyarlarına keçilib. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı, xüsusiləşdirilmiş tibb müəssisələrinin avadanlıqla təchizatı bizə imkan verir ki, yeni meyarlara uyğun olaraq, vaxtından xeyli tez doğulanların da həyatı uğrunda mübarizə aparaq".

Səhiyyə Naziri daha sonra dünyada problem olan şəkərli diabetdən əziyyət çəkən insanlara dövlət hesabına özünənəzarət aparatların, pompaların, həyati əhəmiyyətli dərmanların dövlət hesabına paylanmasından, habelə böyrək çatışmazlığından əziyyət çəkən insanların hətta bölgələrdə belə həftədə 3 dəfə dializ almaları üçün yaradılan şəraitdən danışaraq deyib ki, hazırda 26-sı bölgələrdə olmaqla 36 Dializ Mərkəzi fəaliyyət göstərir.

Tarix
2016.06.17 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla