01:31
Şəmkirdə iki qardaş bıçaqlanıb, biri dünyasını
dəyişib.
APA-nın qərb bürosunun
verdiyi məlumata görə, Kür qəsəbə sakinləri arasında baş verən dava
zamanı Mahir və Zaur Abbasov qardaşları bıçaqlanıb.
Onlardan Mahir Abbasov xəstəxanaya çatdırılan zaman yolda dünyasını
dəyişib, 1982-ci il təvəllüdlü Zaur Abbasov isə qarının kəsilmiş
deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasının
cərrahiyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat edilən Z.
Abbasovun vəziyyəti orta ağır qiymətləndirilir.
İki qardaşın Kür qəsəbə sakini Sabit Əliyev tərəfindən bıçaqlandığı
bildirilir. Hadisə yerindən qaçan S. Əliyevin saxlanılması
istiqamətində Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Şəmkirdə bıçaqlanma hadisəsi zamanı qardaşlardan biri
ölüb, digərinin isə vəziyyəıti ağırdır.
Axar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, qanlı olayın
sərxoşluq zəmnində baş verdiyi ehtimal olunur.
Hadisə ötən gün axşam saat 23:00 radələrində rayonun Kür
qəsəbəsində baş verib. Qəsəbə sakini Sabit Əliyevlə Mahir və Zaur
Abbasov qardaşları arasında yaranan mübahisə peşmançılıqla
nəticələnib. Sabit Əliyev qardaşların hər ikisinə çox saylı bıçaq
zərbələri endirib. Ağır yaralanan şəxslər xəstəxanaya aparılarkən
qardaşlardan biri 42 yaşlı Mahir Abbasov yolda dünyasını dəyişib.
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 34 yaşlı Zaur Abbasov
isə əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.
Murad Mahmudov Şəmkir Mərkəzi Rayon Xəstəxanasının həkimi Qarın
boşluğunun ön divarına boşluğa keçən kəsilmiş deşilmiş diaqnozu ilə
daxil olub. Xəstə təcili əməliyyata götürülüb. Əməliyyatdan sonra
reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq
qalır.
Qardaşlara çoxsaylı bıçaq zərbələri endirən Sabit Əliyev
cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq məsuliyyətdən
yayınmağa cəhd göstərib. Şəmkir rayon polis şöbəsi əməkdaşlarının
keçridikləri əməliyyat axtarış tədbirləri ntəicəsində Əliyev
saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumatlara görə
cinayəti törədən Sabit Əliyev hadisə vaxtı sərxoş olub. Faktla
bağlı Şəmkir rayon prokurorluğun cinayət işi başlanılıb. İstintaq
aparılır.