Yuxarı

Turistlər Bakıda 5 ulduzlu otel sifariş edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turistlər Bakıda 5 ulduzlu otel sifariş edib

Formula-1 yarışını izləmək üçün Bakıya gələn qonaqlar daha çox 5 ulduzlu hotelləri sifariş ediblər.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, qonaqlar hotellərlə yanaşı, "Atletlər kəndi"ndə də yerləşdirilib.

M.Ağakərimov bildirib ki, hazırda Bakıda 150-dən çox hotel var. Onların 20-dən çoxu 5, qalanları 4 və 3 ulduzludur.

Bakıdakı bütün hotellərin qonaq qəbul etmə imkanının olduğunu deyən M.Ağakərimov qonaqların yerləşdirilməsi ilə bağlı heç bir problemin olmadığını da söyləyib:

"5 ulduzlu hotellər demək olar ki, dolub. Burada yerlər əvvəlcədən bronlaşdırılıb. Hətta yerlərin bəziləri zəmanətlə bronlaşdırılıb, yəni pulu əvvəlcədən ödənilib".

Assosiasiya rəsmisinin sözlərinə görə, əgər bundan sonra əlavə qonaqlar gələrsə, onların da yerləşdirilməsi ilə bağlı heç bir problem olmayacaq. Həmin qonaqları 3, 4 ulduzlu hotellərdə yerləşdirmək mümkün olacaq:

"Bizim digər hotellərdə kifayət qədər yerimiz var. Digər tərəfdən, bizim "Atletlər kəndi"miz və digər yerlər var. Azərbaycanın beynəlxalq tədbirlər keçirmək baxımından böyük təcrübəsi var, bütün təşkilati məsələlər əvvəlcədən yüksək səviyyədə təşkil olunub"

Tarix
2016.06.18 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla