Yuxarı

"Avrora" Qurban bayramı münasibətilə yardım aksiyası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Avrora" Qurban bayramı münasibətilə yardım aksiyası keçirdi

Qurban bayramı münasibətilə “Avrora Qrup” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonunda yaşayan aztəminatlı ailələrə sosial dəstək məqsədilə yardım aksiyası keçirilib.

Aksiya çərçivəsində rayonda məskunlaşan 120-dən çox aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Yardım paketlərinə gündəlik tələbat malları, ərzaq məhsulları və bayram süfrəsi üçün lazım olan müxtəlif qidalar daxil edilib. Aksiyanın əsas məqsədi bayram günlərində sosial həssas təbəqəyə mənsub ailələrə qayğı və diqqəti artırmaq, cəmiyyətimizdə paylaşma və həmrəylik ənənəsini gücləndirmək olub.

Məlumat üçün bildirək ki, “Avrora Qrup” 2025-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında aztəminatlı ailələrə xüsusi yer ayrılmışdır və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməkdədir. Proqramın məqsədi sosial təminatı zəif ailələrə müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaqdır.

Tarix
2025.06.05 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla