Yuxarı

Səfirimiz İranda Cənnəti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz İranda Cənnəti ilə görüşdü

İyunun 18-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bu ölkənin mədəniyyət və islami irşad naziri Əli Cənnəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasındakı tarix, ədəbiyyat, mədəniyyət və din bağlılıqlarının münasibətlərin əsasını təşkil etdiyi diqqətə çatdırılıb. Ötən üç il ərzində hər iki ölkə prezidentlərinin altı dəfə görüş keçirdikləri qeyd olunub. 2016-cı ilin fevral ayında Prezident İlham Əliyevin İrana səfər etdiyi, yaxın zamanlarda Prezident Həsən Ruhaninin Azərbaycana səfərinin planlaşdırıldığı qeyd olunub. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrim inkişaf etdiyi, qarşılıqlı olaraq hər iki ölkədə keçirilən mədəniyyət günlərinin yüksək səviyyədə təşkil olunduğu və böyük maraqla qarşılandığı bildirilib. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamının İran simfonik orkestrinin ifasında səsləndirilməsi təklif edilib.

Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın istifadəsinə qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir sıra məscidlərin və ziyarətgahların tikilməsi və yenidən qurulması ilə bağlı sərəncamlar imzaladığı diqqətə çatdırılıb. Yeni inşa edilmiş Heydər məscidində vəhdət namazı qılındığı xatırlanaraq sadalananların ölkəmizin milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsi olduğu qeyd edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş ərazilərimizdəki mədəni və dini abidələrin təhqir olunduğu diqqətə çatdırılıb. Ermənilərin Ağdam cümə məscidini xarabalığa çevirərək tövlə kimi istifadə etdikləri bildirilib. Hazırda Ermənistan silahlı qüvvələrinin sözügedən məscidi hərbi qərargaha çevirdiyi, minarələrindən isə müşahidə qülləsi kimi istifadə etdiyi təəssüflə vurğulanıb. İranlı nazirdən öz imkanlarından istifadə edərək məsələni diqqətdə saxlaması xahiş olunub.

Azərbaycana səfərlərini xatırlayan nazir Əli Cənnəti ölkələrimiz arasındakı ortaq dəyərlərin digər ölkələr ilə müqayisədə bənzəri olmadığını söyləyib. O, Prezident İlham Əliyev ilə Prezident Həsən Ruhani arasında mütəmadi xarakter alan görüşlərin xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət, incəsənət, elm və idman sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib. Mədəniyyətin müxtəlif sahələrində, o cümlədən kino istehsalı sahəsində əməkdaşlığın mümkünlüyü qeyd edilib. İranın film istehsalı sahəsindəki potensialından Azərbaycanın da istifadə edə biləcəyi vurğulanıb. Hər il İranda müxtəlif kino və musiqi festivallarının keçirildiyi bildirilərək Azərbaycan nümayəndələrinin də bu festivallara qatılması təklif olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir İranın məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. O, dini və mədəni abidələrin dağıdılmasının yolverilməz olduğunu vurğulayaraq mədəni mirasın bütün dünyaya məxsus olduğunu və baş vermiş hadisədən təəssüfləndiyini söyləyib.

Tarix
2016.06.18 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla