Yuxarı

Atasının başını yarıb, qızını qaçırdılar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda zorla qız qaçırdıqlarına və həmin qızın atasına ağır xəsarət yetirdiklərinə görə təqsirləndirilən Abdullah İbişov, Zabil Mehrəliyev və Rəvan Məmmədovun (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 144.2.3 (adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başladılan cinayət işinin məhkəməsi yekunlaşıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər məhkəməsində keçirilən son prosesdə təqsirləndirilənlərə hökm oxunub. Hökmə əsasən, Abdullah İbişov və Zabil Mehrəliyevin hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Rəvan Məmmədov isə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyununda Salyan rayonunun Peyk kəndində baş verib. Kənd sakini Abdulla İbişov dostları Zabil və Rəvanla görüşərək onlardan sevdiyi qızın qaçırılmasına yardım etmələrini istəyib. O buna görə qızla yanaşı anasının da məlumatlı olduğunu dostlarına deyərək onların arxayın hərəkət etmələrini istəyib.

Onlar planlaşdırıldığı kimi Ləmanın yaşadığı ünvana gələrək qarşılarına çıxan ev sahibi Ələskər İmanova özülərini "elektrik şəbəkəsi"nin işçiləri kimi təqdim edərək əvvəlcə içməyə su istəyiblər. Ev sahibi gedib çağırılmamış qonaqlara su gətirib. Abdullah suyu içdikdən sonra stəkanı Ələskərin başına vuraraq onun tutub saxlanılmasını Zabilə həvalə edib. Ev sahibini müqavimətsiz vəziyyətə gətirdikdən sonra Abdullah evə daxil olaraq zorla Ləmanı evdən çıxararaq avtomobilə əyləşdirib. Bundan sonra hər üçü hadisə yerindən uzaqlaşaraq Abdullanın yaşadığı evə gəlib qızı Abdullanın anasına təhvil veriblər.

Daha sonra Abdulla qızın ailəsinin polisə şikayət etdiyini bilib Salyanı tərk edərək Bakıya qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak etmiş hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Tarix
2025.06.09 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü - Video

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla