Yuxarı

Bu şəxs 57 ildir kafedra müdiridir, 95 yaşı var...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin universitetlərində ötən əsrin 60-cı illərindən qalma kafedra müdirləri var.

Axar.az xəbər verir ki, bu barədə məlumatı sabiq deputat, alim Etibar Əliyev yayıb.

“Məsumə Məlikova 1968-ci ildən indiyə kimi BDU-nun Hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi“ kafedrasının müdiridir. Onun 95 yaşı var.

Bəhlul Ağayev isə 1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Zoologiya” kafedrasınının müdiridir. Onun 88 yaşı var. Yadımdadır, onun ADPU-da rektor olduğu dövrdə türkiyəli tələbələr onlardan tələb olunan rüşvətə görə nazirliyin qarşısında piket keçirmişdilər.

Sudeyif İmamverdiyev 1990-cı ildən Tibb Universitetində “Urologiya” kafedrasının müdiridir. Onun 87 yaşı var.

Əhliman Əmiraslanov 1992-ci ildən Tibb Universitetində “Onkologiya” kafedrasının müdiridir.

Abel Məhərrəmov 25 ildir ki, Bakı Dövlət Universitetində “Üzvi kimya” kafedrasının müdiridir.

Yaqub Məmmədov ATU-da 1979-cu ildən 2001-ci ilə kimi “Pataloji fiziologiya" kafedrasının müdiri vəzifəsini tutub. Onu əvəz edən S.Əliyev isə 21 ildir kafedra müdiridir. İki nəfər 43 il...

40-50 il kafedra müdiri olmuş dünyasını dəyişənlərin adlarını çəkmirəm. Bu nə ənənədir? Qərbdəki və Şərqdəki elmdən danışırıq. 30-50 il universitetlərdə kafedra müdiri vəzifələri zəbt edilirsə, hansı elmdən danışmaq olar”, - Etibar Əliyev bildirib.

Tarix
2025.06.10 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev ABŞ-da: 907-ci düzəliş ləğv edilməlidir!

Rəsmi Bakı Qətərə hücumdan narahatdır

Azərbaycan və AB arasında əməkdaşlıq müzakirə olundu

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Milli Məclisin xüsusi iclası başa çatdı

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır

Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla