Yuxarı

“Təzə bazar”da nöqsanlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 28 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Manafov Şahin Əlibaba oğluna məxsus "Təzə bazar"da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Bazarda soyuq sıxım yağ emalı sahəsinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, heyvan mənşəli məhsulların satışı obyektində qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin, ət məhsullarının üzərində baytarlıq nəzarəti möhürünün olmadığı, həmçinin ət məhsullarının daşınma qaydalarına riayət olunmadığı, qida məhsullarının saxlanması üçün kifayət qədər soyuducuların təmin edilmədiyi, süd məhsullarının uyğun temperaturda saxlanmadığı, ət və balıq məhsullarının soyuducudan kənar saxlandığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Tarix
2025.06.12 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir

Bu Rusiya saytının rəhbəri dəyişən kimi Bakıya qarşı...

Heydər Əliyevin bunu deməyə mənəvi haqqı çatırdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla