Yuxarı

Yol Polisindən sürücülərə sərt xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol Polisindən sürücülərə sərt xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsindən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edilib.

Bu haqda "Axar.az" DYP-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Müraciətdə bildirilir ki, son illər respublikada yol-nəqliyyat infrastrukturunun sürətli inkişafı hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaradıb:

"Lakin avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücülərinin və digər yol qurğularının vaxtından əvvəl sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olumasında da ciddi problemlər yaradır.

Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də bu sahədə fəaliyyət göstərən sürücülərin nəzərinə çatdırır ki, həmin şəxslərə məxsus olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə, habelə bu parametrlərin aşılmasına səbəb olmuş yükləməni həyata keçirən hüquqi şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun qaydada inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaq".

Tarix
2014.02.24 / 10:27
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla