Yuxarı

Dopinqlə bağlı yeni qanun layihəsi hazırlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dopinqlə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda dopinqlə bağlı yeni qanun layihəsi hazırlanır.

Trend-in məlumatıbna görə, bu gün Milli Məclisdə "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsinin hazırlanması ilə yaradılmış işçi qrupunun iclası keçirilib.

İclasda çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, komitə gənclər və idman naziri Azad Rəhimovun təkliflərini nəzərə alaraq, Azərbaycanda dopinqə qarşı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addım ataraq "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsinin hazırlanması ilə bağlı qərar verib:

"Biz bu layihənin hazırlanmasına başladıqda bütün dövlət qurumlarından böyük dəstək aldıq. Hələlik qanun layihəsi yoxdur, layihə təklif və tövsiyələr əsasında hazırlanacaq. Bu gün komitəmizin əsas məqsədi qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Bununla bağlı bir neçə ölkənin qanunvericiliyinə baxılıb, səslənən təkliflər də nəzərə alındıqdan sonra yenidən bir araya gələcəyik".

F.Muradov əlavə edib ki, dünyada gedən antidopinq siyasəti bir çox hallarda neqativ nəticələrə gətirib çıxarır: "Dünya Antidopinq Agentliyi 2004-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər cərimələr, sanksiyalar tətbiq olunur. Elə cəhətlər var ki, biz onlarla razı deyilik. Bəzən hansısa öləkələrə xüsusi yanaşmalar olur. Biz yığma üzvlərimizə cərimələrin tətbiq olunmasının tərəfdarı deyilik. Çünki cərimələr sayəsində komandalarımız yarışlarda iştrak hüququndan məhrum ola bilərlər. Bu gün Azərbaycanda həyata keçirilən idman islahatları əslində bizə bu cərimələrdən qaçmağa imkan verir".

Layihənin müəyyən istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı əsas koordinasiya işini millət vəkili Ülvi Quliyev həyata keçirəcək.

Tarix
2016.06.21 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

9 noyabrda Rusiya Bakıya təklif edib ki... – İlk dəfə açıqlandı

Şahbaz Şərif Azərbaycana gəldi

Fransa ilə yeni dövrə start verildi - XİN

Digər 4 anklavın Azərbaycana qaytarılması... - XİN

Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə

Peskovun babası Bakıda güllələnibmiş

Ərdoğan İlham Əliyevi təbrik etdi

Bələdiyyələrə subsidiyalar azaldıldı

Prezident AMEA ilə bağlı bu iddianı ən azı ertələdi

Prezident Slovakiya müdafiə nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla