Yuxarı

50-dən çox şəxs azadlığa buraxıldı - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
50-dən çox şəxs azadlığa buraxıldı - Bakıda

İyunun 21-də Ədliyyə Nazirliyinin Nəsimi və Sabunçu rayon icra şöbələrində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə bu amnistiya aktının icrası həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirlərdə amnistiya aktının məhkumlar və bütövlükdə cəmiyyətimiz tərəfindən alqışlandığı, humanizm siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş sayca 4-cü amnistiya aktının mahiyyətindən və əhəmiyyətindən bəhs olunub.

Amnistiya aktının Nəsimi və Sabunçu rayonları üzrə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzalara, o cümlədən cərimə cəzasına və islah işlərinə məhkum olunmuş 50-dən çox şəxsə bir gündə tətbiq edildiyi vurğulanıb.

Cəzadan azad olunan şəxslər dövlət başçısı cənab İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, bir daha cinayət etməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Amnistiya aktının icrası davam etdirilir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərar qəbul edilib.

Tarix
2016.06.21 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla