Yuxarı

Bakının 4 rayonunda qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının 4 rayonunda qaz olmayacaq

Bakı şəhəri Sabunçu, Binəqədi, Səbail və Nərimanov rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumatına görə, buna səbəb yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılmasıdır. Bu məqsədlə iyunun 22-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Səbail rayonunun Bayıl, Badamdar və 20-ci sahə yaşayış massivində, həmçinin Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə.Əliyev, C.Hacibəyli, T.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Tarix
2016.06.21 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla