Yuxarı

Laçında yeni su anbarı tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçında yeni su anbarı tikiləcək

Laçın rayonu ərazisində yerləşən və Azərbaycanın hüdudlarında formalaşan Həkəriçay üzərində yeni su anbarının tikintisi planlaşdırılır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, su anbarının texniki-iqtisadi əsaslandırması yekunlaşdırılıb, layihə-smeta sənədlərinin hazırlanması isə başa çatmaq üzrədir:

"Tutumu 91 milyon kubmetr olan anbarın əsas təyinatı içməli su təchizatıdır. Layihəyə əsasən, su anbarından ayrılacaq suburaxma qabiliyyəti saniyədə 8,5 kubmetr olan (diametri 2000–2400 mm) magistral boru xətti çəkiləcək".

"Bu infrastruktur vasitəsilə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur", - deyə o qeyd edib.

Tarix
2025.06.19 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla