Yuxarı

“AzerGold”un yerli bazarda satış gəlirləri 238% artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qeyri-neft sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” QSC ixrac əməliyyatları ilə yanaşı, yerli bazarın ən yüksək keyfiyyətli qiymətli metallara tələbatının ödənilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir.

Belə ki, Səhmdar Cəmiyyəti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndə satışı həyata keçirilib. Bu ötən illə müqayisədə qızılın satışında 171% artım deməkdir. Gümüş məhsullarının satışında isə 17% artıma nail olunub.

Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazar satışlarından 20.2 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238% artım deməkdir.

Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 453 unsiya qızıl, 135 003 unsiya gümüş məhsul satılaraq, 95.4 milyon manat gəlir əldə olunub.

Tarix
2025.06.20 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova

Nə qədər ki, Rusiya və İranın başı qarışıb, Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla