
Paşinyan Türkiyəyə buna görə gedibmiş - İnanılmaz detallar
11:58
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olub.
Axar.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır.
Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünür.
Bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.
Tarix
2025.06.21 / 08:50
|
Müəllif
Axar.az
|