Yuxarı

Arvad-uşağını baltalayan cəlilabadlı tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvad-uşağını baltalayan cəlilabadlı tutuldu

Keçmiş arvadı və övladlarına balta ilə ağır bədən xəsarətləri yetirdikdən sonra qaçaraq gizlənmiş Cəlilabad rayon sakini yaxalanıb.

APA xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, həyata keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətmiş Cəlilabadın Muğan kənd sakini İsgəndər Əliyev şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, iyunun 24-də gecə saat 04.00 radələrində Cəlilabadın Muğan kəndində baltalanma hadisəsi baş verib. Kənd sakini İsgəndər Əliyev keçmiş həyat yoldaşı Şamama Qürbətovanın yaşadığı evə girərək əlindəki balta ilə qadının və 12 yaşlı oğlu Səid Əliyevin baş nahiyəsindən zərbələr endirib. Daha sonra o, böyük oğlu Fəridlə də əlbəyaxa olub. Qəzəblənmiş ata 17 yaşlı övladını əlləri ilə boğmağa çalışsa da, Fərid atasının əlindən qaça bilib. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev aradan çıxıb.

Yaralıları qonşular xəstəxanaya çatdırıblar.

Hadisənin İsgəndər Əliyevin aliment ödəməkdən imtina etməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdirilir.

Tarix
2016.06.25 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla