Yuxarı

Nazirliyin səlahiyyətləri yenə azaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin səlahiyyətləri yenə azaldıldı

Ötən gün Prezident İlham Əliyev "Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sənəd imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamın 2-ci hissəsində "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözü "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi" sözləri ilə əvəz edilib.

Yəni Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması üzrə layihənin həyata keçirilməsinin sifarişçiliyi Nəqliyyat Nazirliyindən Bakı Nəqliyyat Agentliyinə verilib.

Bundan əlavə, sərəncamın 4-cü hissəsində Nəqliyyat Nazirliyinə məxsus səlahiyyət də Bakı Nəqliyyat Agentliyinə keçib. Belə ki, bundan sonra Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması ilə bağlı yerinə yetirilmiş işlər barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məlumatı Bakı Nəqliyyat Agentliyi verəcək.

Tarix
2016.06.25 / 11:21
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla