Yuxarı

Bakının baxımsız yolları təmir edilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının baxımsız yolları təmir edilir - Foto

Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, küçənin təmir-tikinti işlərinin aparıldığı hissəsi Mikayıl Əliyev küçəsi və Qara Qarayev prospektləri arasında yerləşir.

Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri də həyata keçirilib.

Hazırda anoloji işlər küçənin digər hissəsində, daha dəqiqi Qara Qarayev prospekti ilə kəsişmədən Sabunçu rayonu Ramiz Qənbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) olan hissəsində və köməkçi yollarında da aparılır.

***

Digər təmir işləri isə Suraxanı rayonu Bülbülə qəsəbəsinin Ramiz Qarayev küçəsində aparılıb. Ümumilikdə, küçə boyu 4900 m2 ərazi asfaltlanıb.

Hazırda isə Hövsan qəsəbəsi Bağça küçəsində təmir işləri davam etdirilir.

Tarix
2016.06.25 / 14:46
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla