Yuxarı

Ramil Usubov Qubada

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov Qubada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onların polis fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlətimizin başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Tarix
2016.06.25 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla