Yuxarı

Rusiya sərhəddində problem həll edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya sərhəddində problem həll edildi

Azərbaycandan Rusiya bazarlarına göndərilən kənd təsərrüfatı mallarının qonşu ölkəyə aparılmasında heç bir problem yoxdur.

ANS-in məlumatına görə, bu sözləri Xaçmaz rayon Gömrük İdarəsinin Samur gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov deyib.

O, həmçinin bu il mayın 1-dən ölkəmizdən Rusiyaya göndərilən məhsulun həcmini açıqlayıb.

"Samur gömrük postundan mövsüm başlayandan 3145 yük avtomobili meyvə-tərəvəz məhsulu qeydə alınaraq Rusiyaya yola salınıb. Ümumilikdə, 62236 ton meyvə-tərəvəz məhsulu Samur gömrük postunda qeydiyyata alınaraq ixrac olunub. Bunlardan 49127 tonu tərəvəz, 13107 ton isə meyvə məhsulu olub. Rusiya Fedeal Gömrük əməkdaşları tərəfindən Azərbaycandan ixrac olunan məhsulllara heç bir maneə törədilmir",- deyə Cavid Nadirov bildirib.

O qeyd edib ki, məhsullar maneəsiz rəsmiləşdirilərək Rusiyaya göndərilir.

Ümumilikdə, mayın 1-dən Xaçmaz gömrük idarəsindən indiyə qədər həm avtomobil, həm də dəmiryolu vasitəsilə 115780 ton meyvə-tərəvəz məhsulu Rusiya bazarlarına ixrac edilib.

Bu ayın əvvəlindən Rusiya tərəfi Azərbaycandan gedən malların bir qismini başqa ölkənin məhsulu hesab edərək bazarlara çıxışına qadağa qoymuşdu. Artıq problem ANS-in çıxışından və Dövlət Gömrük Komitəsinin (DGK) müdaxiləsindən sonra həll olunub.

Tarix
2016.06.25 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla