Yuxarı

Şıxlinski danışdı: Mənə çox mədəni şəkildə davranıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şıxlinski danışdı: Mənə çox mədəni şəkildə davranıldı

İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı.

Axar.az xəbər verir ki, bu sözləri Ural bölgəsində yaşayan Azərbaycan diasporunun rəhbəri, hüquqşünas Şahin Şıxlinski "Yeni Müsavat"a müsahibəsində deyib.

Şıxlinski həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən və bu proses üçün çalışanlardan biri olduğunu bildirib.

Şahin Şıxlinski onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə, Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub.

Diaspor rəhbəri bütün bu suallara cavab verib və sonda xüsusi olaraq vurğulayıb:

“Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporunun təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporu bu proseslərdən daha ağır yara ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu".

Şahin Şıxlinski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlıq edib.

“Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq".

"Bütün bu olanlardan, araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz", sualına isə Şıxlinski nikbin cavab verib: “Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna girəcək".

Xatırladaq ki, professor İlham Rəhimov Şahin Şıxlinski məsələsinə şəxsən nəzarət etdiyini, bunun üçün Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə birbaşa xahiş etdiyini bildirmişdi.

Şahin Şıxlinski də müsahibəsində təsdiqləyib ki, məhz bu xahişdən sonra onun azadlığa buraxılması asanlaşıb. Hazırda onun üzərində heç bir nəzarət və təzyiq yoxdur.

Tarix
2025.07.02 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla