Əslən Kəlbəcər rayonundan olan məktəb direktoru Naxçıvanda avtoqəzada ölüb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Orduabd rayonunun Nürgüt kəndində baş verib.
Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhraman adı verilən Hökümə Əliyevanın bibisi oğludur.