Yuxarı

ABŞ-da azərbaycanlı mədəniyyət xadimlərinə medal verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komitə əməkdaşlarının ABŞ-yə səfəri zamanı Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Culture Society) rəhbəri, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova və “My Way” Yaradıcılıq Mərkəzinin art direktoru, heykəltəraş və rəssam Emin Quliyev ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüş ölkəmizin BMT yanındakı Daimi Nümayəndəliyində baş tutub. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev iştirak ediblər.

Komitə sədrinin müavini hər iki mədəniyyət xadiminin Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, mədəni irsimizin təbliği və diaspor fəaliyyətinə verdikləri töhfələri yüksək qiymətləndirib.

Nərgiz Əliyarovaya və Emin Quliyevə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. Onlar fəaliyyətlərinə verilən bu yüksək dəyərə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. Ölkəmizin mədəniyyətini ABŞ-də tanıtmaq istiqamətində işlərini davam etdirəcəklərini söyləyiblər.

Qeyd edək ki, Nərgiz Əliyarova Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, beynəlxalq müsabiqələr qalibi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisidir. O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-də keçirilən Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin təşkilatçısıdır.

Emin Quliyev isə Sumqayıtın simvoluna çevrilən “Sülh göyərçini” abidəsinin və İmadəddin Nəsiminin heykəlinin müəlliflərindən biri, mərhum rəssam Asim Quliyevin oğludur. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Emin Quliyev 2006-cı ildən Nyu Yorkda yaşayır və 2009-cu ildən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində sənət direktoru kimi çalışır. Onun yetirmələri ABŞ-nin nüfuzlu incəsənət məktəblərinə və kolleclərinə qəbul olunublar.

Tarix
2025.07.03 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla