Yuxarı

400-ə yaxın abituriyentin yazı işinə düzəliş edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 may və 1 iyun 2025-ci il tarixlərində keçirilmiş II, III və I, IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 1959 abituriyent 3298 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün müraciət edib.

Bu barədə Axar.az-a DİM-dən məlumat verilib.

Edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə abituriyentlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Qeyd edək ki, müraciətlərin 18-i boş yazı işindən (bu işlərdə abituriyentlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 28-i isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə (https://apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Apellyasiya prosesinin başa çatması ilə bağlı abituriyentlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat da göndərilib.

Apellyasiya Komissiyası tərəfindən 393 abituriyentin 420 (bütün yazı işlərinin 0,05%-i) yazı işi ilə bağlı düzəliş edilib. Bu düzəlişlərdən 34-ü yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən xətalarla bağlıdır. 6 yazı işinə verilən bal isə ekspertlərin rəyi ilə endirilib.

Müvafiq düzəlişlər 4 iyul 2025-ci il tarixində gün ərzində abituriyentlərin imtahan nəticələri səhifəsində yekun ballarında öz əksini tapacaq.

Xatırladaq ki, 25 may 1 iyun tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 91939 abituriyent iştirak edib və bu abituriyentlər 827451 yazı işi yerinə yetiriblər.

Tarix
2025.07.03 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla