Yuxarı

“Xocavənd” tankeri yenidən istismara verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xocavənd” tankeri əsaslı təmir işlərindən sonra yenidən istismara verilib.

ASCO-dan Axar.az-a bildirilib ki, təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib.

Sükan-pər qurğusu, baş və köməkçi mühərriklər, nasoslar, qazanlar tam şəkildə baxışdan keçirilib və lazımi hissələr təmir olunub. Həmçinin tanker üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrikquraşdırma avtomatika və izolyasiya işləri yerinə yetirilib. Yükqaldırıcı qurğular, eləcə də xilasedici və yanğınsöndürmə avadanlıqları da sazlanıb.

“Xocavənd” gəmisinin rabitə və elektroradionaviqasiya sistemləri də təmir edilib, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə əvəzlənib. Gəmidə müasir NAVTEX avadanlığı, elektron xəritə (ECDİS), radiolokasiya stansiyası, maqnit kompas, girokompas və sürət ölçən Laq avadanlığı quraşdırılıb.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana yenilənib. Təmirdən sonra dəniz sınağından uğurla keçən tankerin ilk səfəri Türkmənistanın "Türkmənbaşı" limanına olub.

Məlumat üçün bildirək ki, uzunluğu 141,9, eni 16,84 metr olan “Xocavənd” gəmisinin yükgötürmə qabiliyyəti 8 min tondur.

Tarix
2025.07.03 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla