01:02
Rusiya işğalçı qüvvələri növbəti dəfə pilotsuz təyyarələrlə Ukraynaya hücum edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, PUA-lar müxtəlif regionlardakı hədəflərə hücum edir.
Kiyev meri Vitali Kliçko paytaxta da hücumların olduğunu, hazırda hava hücumundan müdafiə qüvvələrinin aktivləşdiyini bildirib.
***
“Xəncər” raketlərinin daşıyıcısı olan MiQ-31K qırıcılarının havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edilib.
Bu barədə Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilir ki, Rusiya PUA-ları da Sum, Çerniqov, Poltava, Kiyev, Çerkassı, Xarkov, Kirovoqrad, Dnepropetrovsk vilayətlərində, həmçinin Nikolayev və Odessa sərhədində qeydə alınıb.