Yuxarı

Krit adasında meşə yanğını: 5 min sakin təxliyə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krit adasının cənubunda baş verən meşə yanğınlarının sürətlə yayılması nəticəsində 5 minə yaxın turist təxliyə olunub.

Axar.az Trend-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər helikopterlər və xüsusi texnikanın köməyi ilə Yerapetra şəhəri yaxınlığında alovun qarşısını almağa çalışırlar. Güclü küləklər səbəbindən yanğınların yayılması təhlükəsi artdığından, əraziyə əlavə polis və sahil mühafizə qüvvələri də cəlb olunub.

Yunanıstan Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vatrakoqianis bildirib:

“İyul ayı adətən ilin ən isti dövrüdür və bu zaman tez-tez güclü küləklər əsir. Bu, meşə yanğınlarının yayılmasına səbəb olan əsas amillərdəndir”.

Qeyd edək ki, iqlim dəyişikliyi Yunanıstanda son illərdə meşə yanğınlarının daha geniş və təhlükəli hal almasına gətirib çıxarıb. 2018-ci ildə Mati şəhərində baş vermiş yanğın nəticəsində 100-dən çox insan həyatını itirmişdi.

Tarix
2025.07.04 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla