Yuxarı

Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılır.

Axar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılır.

Hazırda qüvvədə olan qanuna görə, prokurorluqda qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq 65 yaşadək uzadıla bilərdi.

Hazırda yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Təklif olunan dəyişikliyə görə, Hazırda yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) son yaşa görə pensiya hüququna malik olacaqlar.

O cümlədən prokurorluq işçisinin qulluq keçməsinə xitam verilməsinə dair əsaslar sırasına prokurorluqda qulluqda olmanın son yaş həddinə çatma əlavə edilir.

Qeyd edilib ki, dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.

Bu qanun qüvvəyə mindiyi gün prokurorluqda qulluqda olan və həmin gündən sonra prokurorluğa qulluğa qəbul edilən prokurorluq işçilərinə şamil ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tarix
2025.07.08 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla