Yuxarı

Azərbaycanda ilk: Rəngli baramalar yetişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ilk: Rəngli baramalar yetişdirilir

Rəngli baramalar dünyanın müxtəlif ölkələrində yetişdirilsə də, Azərbaycanda bu proses ilk dəfə Şəkidə həyata keçirilir.

Region TV-nin məlumatına görə, əvvəllər digər regionlardan bu cür barama sortları gətirilsə də onların mövcud iqlim şəraitinə uyğunlaşmaması baramaçıların da işini çətinə salırdı. Ancaq bu çətinliyin aradan qaldırılması üçün Elmi mərkəzin alimləri rəngli baramanı yerli sortlardan almaqla ilkə imza atıblar.

İlkin tədqiqatlar nəticəsində əmələ gələn rəngli baramaların sayının artırılması istiqamətində də işlər görülür. Bu məqsədlə sortların çoxaldılması nəzərdə tutulub.

Barama ilkin olaraq çəhrayı rəngdə yetişdirilib. Ancaq növbəti mərhələlərdə digər rənglərdə də bu xammalın ərsəyə gətirilməsi nəzərdə tutulub. Əlbəttə belə olan təqdirdə bu baramalardan sənayedə də istifadə etmək mümkün olacaq. Mütəxəssislərin sözlərinə görə, xüsusilə kələğayı istehsalında rəngli baramalardan geniş şəkildə istifadə etmək olar.

Tarix
2016.06.28 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla