Yuxarı

Professordan hava ilə bağlı xəbərdarlıq: Diqqətli olun!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayında havaların sərin keçməsi sağlamlıq məsələlərini gündəmə gətirib. Yay fəslində günəş və dəniz vasitəsilə bədəni D vitamini ilə təmin etmək mümkün olsa da, hazırkı hava durumu bu prosesi məhdudlaşdırır. Bildirilir ki, sözügedən durumun insanlara həm psixoloji, həm də fiziki təsirləri mümkündür.

Axar.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Globalinfo.az-a açıqlamasında qlobal istiləşmə dövründə yaşadığımıza baxmayaraq, D vitamininin defisitinin olduğunu bildirib.

“Təəsüf ki, bu, bütün dünyada müşahidə olunur. Temperaturun artma tendensiyasına baxmayaraq, problem hələ də davam edir. Bu, tək istiləşmə ilə bağlı deyil, digər ekoloji amillərin də təsiri ola bilər. Günəş işığı altında olmaq və şüalarından istifadə etmək əlbəttə vacibdir. Bununla belə, D vitamini orqanizmdə də istehsal olunur. Bütün bunların fonunda, defisit ciddidir. Əsas səbəblər müasir ekoloji problemlər, qlobal istiləşmə və bəlkə də qidalanma vərdişlərimizlə bağlıdır”, - o deyib.

Mütəxəssis vurğulayıb ki, D vitamini miqdarını nəzarətdə saxlamaq önəmlidir:

“D vitamininin defisiti immun sisteminin zəifləməsinə və yorğunluq kimi halların artmasına səbəb ola bilər. Buna görə də belə havalarda əlavə D vitamini vasitələrindən istifadə etmək və balanslı qidalanmaya diqqət yetirmək önəmlidir”.

Tarix
2025.07.11 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri

Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?

Şaranın Azərbaycana səfəri başa çatdı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Şara Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

İsrail və Suriya Bakıda danışıqlar aparacaq - KİV

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla