Yuxarı

Bakı və ətrafında su təchizatındakı fasilələrin səbəbləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və ətrafında su təchizatındakı fasilələrin səbəbləri...

Bakı şəhəri və ətraf yaşayış məntəqələrində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən obyektiv səbəblərlə əlaqədardır.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qurumdan verilən məlumata görə, yay mövsümündə havaların kəskin istiləşməsi suya olan tələbatı artırır ki, bu da sudaşıyıcı kəmərlərin və qurğuların ifrat yüklənməsinə səbəb olur.

"Bu şəraitdə qəza risklərini minimuma endirmək və tələbatı optimal şəkildə qarşılamaq məqsədilə tənzimləyici tədbirlər görülür", - xidmətdən bildirilib.

Qeyd olunub ki, Bakı şəhərinin əsas su mənbələri olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı və Kür sutəmizləyici qurğularında su istehsalının artırılması, magistral sudaşıyıcı kəmərlərin və regionlar üzrə supaylayıcı şəbəkələrin genişləndirilməsi ilə bağlı yeni layihələrin icrası davam etdirilir.

"Hazırda əksər ərazilərdə su təchizatı normal rejimə qaytarılıb", - deyə qurumdan qeyd olunub.

Tarix
2025.07.23 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla