"Spar" və "Araz"
Supermarketlər şəbəkəsi tərəfindən öz müştəriləri üçün təşkil
edilən "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyasının
qalibləri məlum olub.
Axar.az xəbər verir ki, final mərhələsi paytaxtın Alov Qüllələr
kompleksindəki "Fairmont" otelində baş tutub.
Yüzlərlə müştəri qalib olmaq arzusu ilə "Fairmont" otelində
toplaşıb. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda
Xudaverdiyevin və İlahə Şıxlinskayanın aparıcılığı ilə tədbir
musiqili qonaqların iştirakı ilə davam edib.
Lotereyada tiraj komissiyasının şahidliyi ilə "Kristal
Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd "Toyota"
Bakı Mərkəzində avtomobil (Prado, Kamri, Korolla), "Bakı
Electorincs"dən müxtəlif növ məişət texnikalarından ibarət
hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanılıb.
İlk öncə 5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan, 5 ədəd
telvizor, 10 ədəd planşet, 15 ədəd telefon və 20 ədəd tozsoran öz
sahibini tapdı.
Uduşlu tirajda İlyasova İradə Ərşad qızı "Toyota Corolla",
Dadaşova Sevil Bilal qızı "Toyota Kamry", Ömərov Azər Nüsrət oğlu
"Toyota Prado" avtomobilini, Mikayılzadə Aydan Firuz qızı "Kristal
Abşeron" şirkətinin Xırdalandakı yaşayış kompleksindən 2 otaqlı
mənzil qazanıb.
Canlı yayımda əsas qaliblər ilə əlaqə saxlanılaraq onlara "Araz"
və "Spar" marketlərin stimullaşdırıcı lotereyasının qalibləri
olduqları xəbəri verilib. "Toyota Korolla" və "Toyota Kamri"
avtomobillərini qazanan xanımlar uduş mərasiminin keçirildiyi
məkana gələrək "AzRetail" MMC-yə öz təşəkkürlərini bildirdilər.
Əsas hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və
30 ütü də oynanılıb.
Oyunun daha maraqlı və həyəcanlı məqamlarından biri də tədbirdə
işrirak edən müştərilər tərəfindən lototronun özləri tərəfindən
fırladılması və kuponların çıxarılması idi.
Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin
edilməsi məqsədilə "Araz" marketlərində yerləşdirilən lotereya
qutularının ağzı öncədən möhürlənərək xüsusi çəkiliş qrupları ilə
30 iyun tarixində "Fairmont" oteldə komissiya üzvlərinin iştirakı
ilə lototrona boşaldılmışdı. "Möhtəşəm 100 gün" lotereyasının
şərtlərinə görə, "Araz" və SPAR marketlər şəbəkələrində 17 mart-24
iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri
bir ədəd kupon-lorereya qazanırdı.
Qaliblərin adları elan olunaraq Tiraj komissiyasına təhvil
verilib. Eyni zamanda qaliblərin siyahısı www.arazmarket.az
saytında və "Arazmarket" və "Sparmarket"in Feysbuk səhifəsində
yayımlanıb.