Yuxarı

Ali məktəblərdən pul alıb, abituriyentləri yönəldirlər?..

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali məktəblərdən pul alıb, abituriyentləri yönəldirlər?..

Mütəxəssislərlə bağlı qəribə iddialar yayılıb. Abituriyentlərin sözlərinə görə, yüksək bal yığmalarına və dövlət sifarişli yerlərə qəbul olma şanslarına baxmayaraq, özəl və ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olurlar. Bəziləri bunu kodlaşdırma aparan mütəxəssislərin savadsızlığı adlandırsa da, bəziləri qəsd hesab edir. Məqsəd isə özəl universitetlərə pul qarşılığında tələbə “göndərməkdir”.

Məsələ ilə bağlı Axar.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, əgər bu tip ixtisas seçimləri tələbə və ya abituriyentlərin xəbəri olmadan edilibsə, deməli, burada böyük xəta var.

“İxtsas seçimi edilərkən valideyn, tələbə və mütəxəssis arasında mütləq dialoq olmalıdır. Tələbə və ya abituriyentlər razılıq verdikdən sonra həmin ixtisas kodu yazılmalıdır. Əgər mütəxəssis xəbər etmədən ixtisas seçimi edibsə, valideyn də haqlı olaraq tələbini irəli sürə bilər.

Bəzi özəl universitetərlə ekspertlərin sövdələşməsinə gəlincə, buna inanmıram. Əgər ixtisas seçimində iştirak edən şəxsin balı dövlət sifarişli ixtisasa çatırsa, həmin şəxsi özəl və ödənişli ixtisasa yazmaq haqsızlıqdır. Bu hal ixtisas seçimində iştirak edən şəxsin haqlarına və hüquqlarına təcavüz kimi qiymətləndirilməlidir.

Bəzi özəl universitetlərimiz var ki, prestijlidir və onları ilk sıralarda yazmağı tövsiyə etmək olar. Ancaq magistratura pilləsi üzrə balı 70-dən yuxarı olan tələbənin ixtisas seçimində ilk üç kodlaşmaya özəl universiteti yazmaq doğru və ekspertə yaraşan hərəkət deyil”.

Ekspert ixtisas seçimində iştirak edən abituriyentlərə məsləhət verib:

“İxtisas seçimini araşdırmadan ekspertlərə həvalə etməsinlər. Çünki reklamı güclü olan ekspertlərə müraciət edən şəxslərin sayı çox olur və həmin şəxslərə də öncədən hazırlanmış vərəqlərdə ixtisaslar təklif edib, heç kimin fikrini almadan onu da seçməyə sövq edirlər. Ekspert illik haqqı, universitetin tələbənin şəraiti ilə uyğunluğunu araşdırmadan səthi yanaşaraq ixtisas seçimi edirsə, bu, onun peşəkarlığından xəbər vermir”.

Tarix
2025.07.25 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla