Abubakar oyuna daxil oldu, qol vurdu, "Neftçi" qalib gəldi
18:05
| Ana səhifə Toplum |
|
Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən istiqamətində qəza baş verib.
Axar.az xəbər verir ki, qəza nəticəsində 1 qadın və 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər.
Xəstəxanadan verilən məlumata görə, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2025.10.26 / 14:44
|
Müəllif
Axar.az
|