Yuxarı

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirdi

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda Astara Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsində nəzəri-praktiki tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Rislki Xilasetmə Xidmətinin N saylı hərbi hissələrinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Yanğından Mühafizə Hissəsinin əməkdaşları, eləcə də Astara Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin və Astara Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivi iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, su hövzələrində təhlükəsizlik qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir zamanı keçirilən sərgidə tədbir iştirakçılarına xüsusi xilasetmə avtomobillərində olan xilasetmə avadanlıqlarından, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında şəxsi heyətin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, şərti zərərçəkmişləri inzibati binadan təxliyə edərək onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi əməliyyatları yerinə yetirilib.

Tarix
2025.07.25 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İlham Əliyev Gideon Saarı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla