Yuxarı

Uşaqlar valideynlərini necə öldürə bilir? - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqlar valideynlərini necə öldürə bilir? - Psixoloq

Bu gün yeniyetmələrdə valideynlərə aqressiya çox artıb və bu aqressiya şiddətə, hətta ölümcül zədələrə qədər gətirib çıxara bilir.

Bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq Aydan Sabirli yeniyetmələrin valideynlərinə qarşı törətdiyi cinayətlərin artması ilə bağlı danışarkən deyib.

Psixoloq bildirib ki, cinayət hallarının artmasında ailədaxili tərbiyə mühitinin, valideynin uşağa qarşı davranışının və ən əsası ailənin genetik faktorlarının böyük əhəmiyyəti var:

“Zorakı və sevgisiz mühitdə böyümüş bir uşaq ailədən sevgi görə bilmədiyi üçün valideyni ilə arasında heç bir bağ yaranmır. Ancaq normaldan artıq sərhədsiz böyüdülmə tərzi də uşaqlarla valideynlər arasında bağların yaranmasına əngəl olur. Bəzən də yeniyetmə azyaşlı olarkən cinsi istismar edilir və bunun aqressiyasını daxilində saxlayır.

Bütün bunların fəsadı da gələcəkdə şəxsiyyət pozuntusu kimi özünü göstərir və daha çox antisosial və paranoid şəxsiyyət pozuntuları yaranır. Şəxsiyyət pozuntusu yaranmış şəxslərdə diaqnoz yeniyetmə zamanı yox, 21-22 yaşlarında qoyulur. Ancaq davranışlarından tez hiss etmək də mümkündür. Həmin şəxslər cəmiyyətdə gördüyü zorakılıqlardan yola çıxaraq bu halları özlərinə “nümunə” olaraq götürə bilərlər.

Şəxsiyyət pozuntusu olan insanlarda empatiya duyğusu çox aşağı olur. Onlar özlərini heç kimin yerinə qoya bilmirlər. Burada genetik faktorların da rolunu vurğulamaq lazımdır. Əgər həmin şəxslərin genetikasında şizofreniya xəstəsi və antisosial şəxsiyyət pozuntusu və s. kimi hallar varsa, həmin uşaqların da şəxsiyyət tiplərində pozuntuların yaranması faktlarına rast gəlinir.

Bütün bu hallar kompleks şəklində yeniyetmədə bir araya gəldikdə isə problemlər cinayət hadisələrinin baş verməsinə gətirib çıxara bilir.

Qeyd edim ki, efirlərdə, sosial medialarda cinayət hadisələrinin qabardılması da yeniyetmələrin beynində şiddət və cinayət variantını yaradır. Yəni “başqası edə bilərsə, mən də edə bilərəm” düşüncəsinə qapılırlar. Xatırladım ki, bir müddət öncə intihar dalğası da belə yayılmışdı.

Şəxsiyyət pozuntusunun qarşısını almaq üçün valideynlər övladları ilə daima açıq ünsiyyətdə olmalı, onlara duyğularını ifadə etməsi üçün şans yaradılmalı və ən əsası aqressiya göstərdiyi halda qınaq yox, empati və dəstək göstərilməlidir”.

Tarix
2025.07.27 / 09:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla